
“Roma” və “Milan”ın istədiyi italiyalı hücumçu
“Roma” “Vest Hem”in hücumçusu Canluka Skamakkanı icarəyə götürmək istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Milan”ın da maraq dairəsindədir.
İtaliyalı forvard 2022/23 mövsümündə “çəkicdöyənlər”in heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb və 8 qol vurub.
“Vest Hem” Avropa Konfrans Liqasının son finalında “Fiorentina”nı məğlub edib (2:1). Komanda 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin