“Roma” ukraynalı hücumçu ilə anlaşıb
“Jirona”nın hücumçusu Artyom Dovbik İtaliya çempionatına keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu “Roma”nın təklifini qəbul edib.
“Roma” 27 yaşlı hücumçunun nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Onun müqaviləsi 2029-cu ilin ortalarına qədər davam edəcək.
Bundan əvvəl “Atletiko”nun Artyomla maraqlandığı, lakin tərəflərin razılığa gələ bilmədiyi deyilirdi.
Ukraynalı forvard ötən mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 25 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Jirona” ilə hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin