“Roma” türk futbolçusu ilə “nikah təzələdi”
İtaliyanın “Roma” klubu futbolçusu Cengiz Ündər ilə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildə “Başakşəhər”dən “Roma”ya keçən Ündərin əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
Ündər, ötən mövsüm “Roma”nın heyətində 33 oyuna 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi 19 dəfə də formasını geyindiyi Türkiyə millisində 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin