“Roma” türk futbolçu üçün hərəkətə keçib
“Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, “Roma” İstanbul klubunun oyunçusu üçün hərəkətə keçib.
“Beşiktaş”ın 18 yaşlı yetirməsi özü də legioner həyatı yaşamağa hazır olduğunu rəhbərliyə bildirib.
Semihin hazırkı klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin