“Qırmızı şeytan” “canavar”a çevrilir
“Roma” son mövsümü icarə əsasında komandada keçirən “Mançester Yunayted”in futbolçusu Kris Smollinqin transfer hüquqlarını almağa hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “canavarlar”a birdəfəlik transfer olunmağa yaxındır. Məlumata görə, keçidlə bağlı “qırmızı şeytanlar”la “Roma” arasında danışıqlar davam edir. Paytaxt klubu Smollinq üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. İngilislərin 25 milyon avro tələb etməsinə baxmayaraq, danışıqların müsbət istiqamətdə davam etdiyi bildirilir. Razılıq əldə olunarsa, Smollinqin “Roma”yla üç illik müqaviləyə imza atacağı deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin