“Roma” Ranyeriyə əvəzləyici tapıb, danışıqlar aparıb

“Ayaks”ın baş məşqçisi Françesko Farioli karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

35 yaşlı mütəxəssis “Roma”nın nümayəndələri ilə ilkin danışıqlar aparıb. Onun Niderland klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Hazırda “Roma”nın baş məşqçi postunu Klaudio Ranyeri tutur. 73 yaşlı çalışdırıcı 2024/25 mövsümünün sonunda məşqçilik karyerasını başa vuracaq.

Paytaxt təmsilçisi A Seriyasının 21 turundan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button