“Roma” PSJ-nin futbolçusunu transfer etdi

“Roma” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı argentinalı futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Paredes 2014-2017-ci illərdə də Roma klubunun şərəfini qoruyub.

O, 2019-cu ildən PSJ-də çıxış edirdi. Paredes parislilərin heyətində 117 oyun keçirib, 3 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button