
Veynaldum paytaxt klubuna keçir
“Roma” PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldumu icarəyə götürür.
Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, müqaviləyə 10 milyon avro məcburi satınalma variantı da daxil olacaq. Klubların müzakirə etdiyi yeganə məsələ 31 yaşlı niderlandlının hər mövsüm üçün 7 milyon avro maaşının ödənilməsidir. “Roma” PSJ-nin məbləğin 50 faizini ödəyəcəyinə ümid edir.
Veynaldum ötən mövsüm PSJ-nin heyətində 38 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin