
“Roma”nın hədəfindədir – Portuqaliyalı futbolçu
“Benfika”nın yarımmüdafiəçisi Floretino Luiş karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” portuqaliyalı futbolçuya ciddi şəkildə maraq göstərir. Oyunçunun özü də klubunu dəyişməyə hazırdır.
Bununla belə, paytaxt təmsilçisi rəsmi təklif irəli sürməzdən öncə heyətindəki yarımmüdafiəçilərdən biri ilə yollarını ayırmalıdır.
26 yaşlı futbolçu “Benfika”nın yetirməsidir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



