
“Roma” özbək hücumçu ilə anlaşıb
Özbəkistanlı hücumçu Eldor Şomurodov “Roma” ilə yeni müqavilə bağlaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı 2027-ci ilə qədər uzatmağa yaxındırlar. Hazırkı sözləşmənin müddəti gələn ilin yayında başa çatacaq.
Şomurodovun transfer dəyəri 4 milyon avro qiymətləndirilir. O, bu mövsüm paytaxt komandasının heyətində 32 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
“Roma” 33 oyundan sonra 57 xalla A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



