“Roma” özbək futbolçu üçün vaxt qoyub

Özbəkistan yığmasının və “Roma”nın hücumçusu Eldor Şomurodov bu yay klubunu dəyişə bilər.

Komanda.az “Sportitalia”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçuya “Kremoneze” klubu maraq göstərir. Komanda 2025/26 mövsümündə A Seriyasında çıxış edəcək.

Şomurodovla maraqlanan digər klub isə Türkiyə təmsilçisi “Başakşəhər”dir.

Məlumata əsasən, “Roma” Şomurodovu 30 iyuna qədər satmaq niyyətindədir. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Özbək futbolçu son mövsümdə “Roma”nın heyətində 37 oyunda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

“Kremoneze” son mövsümdə B Seriyasında 2-ci yeri tutaraq, A Seriyasına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button