“Roma”da özbək futbolçu ilə bağlı qərar verilib
“Roma”nın hücumçusu Eldor Şomurodov qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən “canavarlar”ın baş məşqçisi Klaudio Ranyeri özbəkistanlı forvardın xidmətində maraqlı deyil.
Şomurodovla “Roma” arasında hazırkı müqavilə 2027-ci ilin yayında başa çatacaq. O, paytaxt təmsilçisinin sıralarına 2021-ci ilin yayında “Cenoa”dan keçib.
29 yaşlı hücumçu bundan əvvəl “Spetsiya” və “Kalyari”də çıxış edib.
O, cari mövsümdə “Roma”nın heyətində 12 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin