
“Roma” ingiltərəli hücumçunu istəmir
“Roma”nın hücumçusu Temmi Abraham bu yay İtaliyanı tərk edə bilər.
İngiltərəli futbolçu 2024/25 mövsümünü icarə əsasında “Milan”da keçirsə də, “qırmızı-qaralar” onu heyətdə saxlamaq fikrindən vaz keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma klubu da artıq 27 yaşlı hücumçuya ciddi ümid bəsləmir.
Abrahamla maraqlanan klublar arasında İngiltərə Premyer Liqası və Türkiyə çempionatının təmsilçiləri var. Onun “Roma” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin