
“Roma” onunla müqavilə müddətini uzadacaq
“Roma”nın baş məşqçisi Daniele De Rossi klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı italiyalı mütəxəssislə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
De Rossi yanvar ayından – Joze Mourinyonun gedişindən sonra “Roma”ya rəhbərlik edir.
Romalılar ötən mövsüm A Seriyasının turnir cədvəlini 6-cı yerdə başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin