“Roma” hücumçusu üçün 40 milyon avroluq təklif gözləyir

Ukrayna millisinin və “Roma”nın hücumçusu Artyom Dovbik yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” 28 yaşlı forvard üçün təxminən 40 milyon avro dəyərində təklif qəbul etməyə hazırdır.

Dovbikə artıq İngiltərə Premyer Liqasının bəzi klubları maraq göstərib və ukraynalı futbolçu barədə ilkin məlumatlar toplanır. Mövsüm ərzində paytaxt təmsilçisinin heyətində 45 rəsmi oyuna çıxan hücumçu 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Roma” 2024/25 mövsümünü A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində başa vuraraq, UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button