
“Arsenal” və PSJ “Roma”nın müdafiəçisi ilə maraqlanır
“Roma”nın müdafiəçisi Evan Ndikaya transfer bazarında tələbat var.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu ilə PSJ və “Arsenal” maraqlanır.
Futbolçunun potensial transfer dəyəri 30-40 milyon avro qiymətləndirilir.
Ndika bu mövsüm 47 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə verib. Onun Roma klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin