“Roma” İngiltərə klubunun futbolçusunu transfer edə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Serxio Qomes komandasını dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Roma” klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdır.

23 yaşlı yarımmüdafiəçi yayda 2022-ci ilin avqustundan çıxış etdiyi İngiltərə komandasını tərk edəcək. Qomeslə “Real Sosyedad” da maraqlanır.

Qomes ötən mövsüm 15 dəfə meydana çıxıb, 1 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 10 milyon avro qiymətləndirilir və “şəhərlilər”lə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button