“Roma” “Latsio”ya, “İnter” “Yuventus”a uduzdu

İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Bolonya” “Torino”nu, “Montsa” “Verona”nı, “Sampdoriya” isə “Fiorentina”nı məğlub yola salıb. “Yuventus” da “İnter”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Paytaxt derbisində isə “Roma” “Latsio”ya minimal hesabla məğlub olub.

13 turdan sonra 35 xala malik “Napoli” vahid liderdir. “Milan”ın 29, “Latsio” və “Atalanta”nın 27 xalı var. “Yuventus”la “Roma” isə 25 xal toplayıb. “İnter” də 24 xalla 7-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
13-cü tur

4 noyabr

Udineze – Leççe 1:1
Qol
: Beto, 68 – Kolombo, 33.

5 noyabr

Empoli – Sassuolo 1:0
Qol
: Baldanzi, 64.

Salernitana – Kremoneze 2:2
Qol
: Pyontek, 3. Kulibali, 38 – Okereke, 12. Çiofani, 89.

Atalanta – Napoli 1:2
Qol
: Lukman, 19 – Osimhen, 23. Elmas, 35.

Milan – Spetsiya 2:1
Qol
: T.Hernandes, 21. Jiru, 89 – Maldini, 59.

6 noyabr

Bolonya – Torino 2:1
Qol
: Orsolini, 64. Poş, 73 – Lukiç, 26-pen.

Montsa – Verona 2:0
Qol
: Auqusto, 68. Kolpani, 90.

Sampdoriya – Fiorentina 0:2
Qol
: Bonaventura, 4. Milenkoviç, 58.

Roma – Latsio 0:1
Qol
: F.Anderson, 29.

Yuventus – İnter 2:0
Qol
: Rabyo, 52. Facioli, 84.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button