Mourinyo: “Həmin an onlara “məni rahat buraxın” demək istəyirəm”

“Roma” komandasının baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, məşqçilərin üzərindəki təzyiqlərdən danışıb:

“Baş məşqçilərin iki telefonu olur, biri həmişə sönülüdür, biri də ailə və dostlar üçün. Yanacaqdoldurma məntəqəsinə gedirsən, orda belə, “bunu oynat, onu oynatma” deyirlər. Həmin an onlara “məni rahat buraxın” demək istəyirəm.

Hər yerdə təzyiq var. Tək bir heyvana dönürsən. Küçədə gəzə bilməzsən, mağazaya gedə bilməzsən, nəsə oxuya bilməzsən, radioya qulaq asa bilməzsən, televizora baxa bilməzsən.

“Roma”ya baş məşqçi təyin olunduğum üçün çox xoşbəxtəm. Tək düşüncəm və hədəfim bu komanda ilə uğur qazanmaqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button