“Roma” ərəblərə satılacaq
“Roma”nın sahibləri İtaliya klubunu Səudiyyə Ərəbistanından olan investorlara satmağı planlaşdırırlar.
Komanda.az “La Republica” nəşrinə istinadən xəbər verir ki, artıq bununla bağlı Ər-Riyadda görüş keçirilib.
Toplantıda Roma klubunun idarə heyətinin üzvü Erik Uilyamson iştirak edib.
İki fərqli qrup paytaxt təmsilçisini almaq istəyir. Hər ikisi klubun səhmlərinin yüz faizini əldə etmək niyyətindədir. Danışıqların ilkin mərhələdə olduğu vurğulanıb.
“Friedkin Group” 2020-ci ilin avqustunda “Roma”nı 600 milyon avroya alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin