Mourinyodan rekord göstərici

“Roma” İtaliya A Seriyasının 7-ci turunda “Empoli”ni məğlub edib – 2:0.

Komanda.az xəbər verir ki, bu qələbə “canavarlar”ın baş məşqçisi Joze Mourinyo üçün rekordla əlamətdar olub. Bu barədə “Opta” portalı məlumat yayıb.

Mourinyo A Seriyasında çalışdırdığı komandalarla ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.

Mourinyo 2008-2010-cu illərdə “İnter”i çalışdırıb. O, bu yaydan etibarən “Roma”da baş məşqçilik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button