“Arsenal” erməniyə görə “yox” dedi
İtaliyanın “Roma” klubu “Arsenal”ın futbolçusunu birdəfəlik transfer etmək istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu icarə əsasında “Arsenal”dan heyətinə qatdığı Henrik Mxitaryanı transfer etməyı planlaşdırır. “Canavarlar” 30 yaşlı futbolçu üçün London klubuna 10 milyon avro təklif etsə də, “Arsenal” onların bu istəyini geri çevirib.
“Roma” ilə icarə müqaviləsi iyunda bitəcək erməni futbolçu, cari mövsümdə iştirak etdiyi 13 oyunda 3 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Onun “Arsenal”la müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin