“Roma” hücumçusu ilə müqavilə müddətini uzadıb – Rəsmi

Paulo Dibalanın “Roma” ilə müqavilə müddəti 2026-cı ilə qədər uzadılıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, bunu paytaxt təmsilçisinin idman direktoru Florent Qisolfi deyib:

“Müqavilənin uzadıldığını rəsmi olaraq elan edə bilərəm. Biz bundan məmnunuq. Dibala komandamız üçün vacib fiqurdur”.

Argentinalı hücumçu “Roma”nın sıralarına 2022-ci ilin yayında qoşulub. O, bu mövsüm “canavarlar”ın heyətində 24 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button