“Roma” Səudiyyə Ərəbistanında oynayan futbolçunu “qaralayıb”

“Roma” 28 yaşlı yarımmüdafiəçi Frank Kessyeni transfer etməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi fil dişi sahilli futbolçu ilə heyətini gücləndirməyi planlaşdırır.

Kessye hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin iyununda başa çatacaq və bazar dəyəri təxminən 14 milyon avrodur.

Kessye son mövsümdə 44 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. O, “Əl-Əhli”yə qədər “Milan”, “Barselona” və digər komandaların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button