“Roma” həbsdə yatan futbolçu ilə maraqlanır
“Roma” “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu heyətinə cəlb edə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Joze Mourinyo 21 yaşlı ingiltərəli futbolçunun atası ilə əlaqə saxlayıb. İtaliya klubunun Qrinvudu icarəyə götürmək ehtimalı var.
Qrinvud bu ilin yanvarında döyülmə videosu və fotosunu, eləcə də, cinsi əlaqəyə məcbur edildiyi audionu dərc edən keçmiş sevgilisi Harriet Robsonun ittihamlarından sonra həbs edilmişdi.
Futbolçunun “Mançester Yunayted”lə sözləşməsi 2025-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin