“Roma” futbolçusunu yenə icarəyə verdi
İngiltərənin “Everton” klubu “Roma”nın futbolçusunu heyətinə qatıb.
Komanda.az xəbər verir ki, Mersisayd klubu “canavarlar”ın qapıçısı Robin Olseni icarəyə götürüb. Müqaviləyə əsasən, 30 yaşlı qolkiper cari mövsümü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.
Olsen keçən mövsümü icarə əsasında “Kalyari”də keçirib. Onun “Roma” ilə müqaviləsi 2023-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin