“Roma” argentinalı futbolçu ilə danışıqlara başlayıb
“Roma” argentinalı yarımmüdafiəçisi Leandro Paredeslə yeni müqavilə imzalaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq danışıqlara başlayıb.
Paredesin “Roma” ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir. O, 2023-cü ilin yayından Roma klubunda oynayır. 30 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin