“Roma” ispaniyalı futbolçunu saxlamaq istəyir
İspaniyalı müdafiəçi Dieqo Llorente 2023/24 mövsümündə də “Roma”da çıxış edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “canavarlar” 29 yaşlı futbolçunun icarə müddətini satınalma bəndi ilə 2024-cü ilin iyunun sonuna qədər uzadacaq.
Paytaxt təmsilçisi Llorentini bu ilin yanvarında “Lids”dən icarəyə götürüb. O, 2022/23 mövsümündə “Roma”nın heyətində 12 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin