
“Roma” onu satışa çıxardı
“Roma” futbolçusu Alessandro Florensini satmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 28 yaşlı müdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi bu qərarı futbolçunun özünə də bildirib.
Florensi 2011-ci ildən “Roma”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin