“Roma” məvacibləri azaldır – 4 aylıq
İtaliyanın “Roma” klubunun futbolçuları məvaciblərinin azaldılmasına razı olublar.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub, koronavirus pandemiyası səbəbiylə futbolçuların məvacibini azaldacaq. Komanda üzvləri məvaciblərinin 4 aylıq azaldılmasına razı olublar. Mart və iyun da daxil olmaqla, 4 ay ərzində futbolçular azaldılmış məvacib alacaq. Bundan başqa, klub rəhbərliyində olanlar mart ayının məvacibindən tam imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin