“Roma” Fransa klubundan futbolçu alır – Anlaşıblar

İtaliyanın “Roma” klubu “Renn”in yarımmüdafiəçisi Enzo le Finin transferi ilə bağlı razılığa gəlib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, fransalı futbolçu tezliklə İtaliya klubuna keçəcək.

“Roma” “Renn”lə təzminat məbləğini razılaşdırıb, ona görə də, müqavilə son mərhələyə yaxınlaşır. “Canavarlar”ın baş məşqçisi Daniele de Rossi “Renn”in yarımmüdafiəçisində böyük potensial görür.

24 yaşlı futbolçu Fransa çempionatının son mövsümündə 25 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button