
“Roma” Fransa klubunun oyunçusunu transfer edir
“Roma” “Lans”ın yarımmüdafiəçisi Neil El-Aynauinin transferinə yaxınlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 25 milyon avro dəyərində (mümkün bonuslar istisna olmaqla) şifahi razılıq əldə ediblər. Transferin sabah rəsmiləşdirilməsi gözlənilir.
23 yaşlı futbolçu son mövsümdə mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində 26 oyunda (onlardan 1-i ehtiyat heyətdə) iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib. O, mövsüm ərzində xırda zədələr səbəbindən ümumilikdə 2 ay meydana çıxa bilməyib.
El-Aynaui Fransada anadan olsa da, həm də Mərakeş vətəndaşlığı var. O, bu ölkənin gənclər yığmasında bir oyunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin