“Roma” Dibalaya əvəzləyici axtarır

“Roma” hücumçu Paulo Dibalanı əvəzləmək barədə düşünür.

Argentinalı futbolçu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Üstəlik, onun yayda klubdan ayrılacağını da istisna etmək olmaz.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, romalılar 31 yaşlı forvardın potensial varisi kimi “Feyenoord”dan İqor Paixao və “Komo”dan Nikolas Pazı görürlər.

24 yaşlı braziliyalı Paixao ilə “Napoli” də maraqlanır. Onun “transfermarkt” portalında qiyməti 25 milyon avrodur.

“İnter” isə 20 yaşlı Pazla maraqlanır və argentinalı futbolçunun “Real”a qayıtması da mümkündür. Belə ki, “kral klubu” yetirməsini almaq üçün ilk hüququnu saxlayır. “Komo”nun oyunçusu 35 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button