“Roma” De Rossini geri qaytarır?
“Roma” sentyabrın ortalarında Daniele de Rossini baş məşqçi vəzifəsindən azad edib.
De Rossinin istefasından sonra komandaya İvan Juriç başçılıq etməyə başlayıb. “Roma” onun rəhbərliyi altında 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Roma” rəhbərliyi artıq Yuriçin göndərilməsini düşünür. “Monza” ilə bazar günü çempionat matçı əsas olacaq. Bunun ardınca baş məşqçinin istefası da ola bilər. Belədə, De Rossinin “Roma”ya qayıtması variantı istisna edilmir.
“Canavarlar” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin