“Roma” De Rossi ilə yollarını ayırdı – Rəsmi
İtaliyalı mütəxəssis Daniele de Rossi “Roma”nın baş məşqçi postunu tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb:
“Qərar komandanın maraqlarına uyğun qəbul edilib. Mövsüm yeni başlayanda nəzərdə tutulan yola sürətlə davam etməliyik. Görülən işlərə görə De Rossiyə təşəkkür edirik”.
De Rossi 2024-cü ilin yanvarından “Roma”nın baş məşqçisi vəzifəsində çalışırdı. Onun komandası yeni mövsümə uğursuz başlayıb, 4 turdan sonra 3 xal qazanıb. Komanda A Seriyasının turnir cədvəlində 16-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin