“Roma” Danimarka millisinin üzvü ilə razılıq əldə edib
“Lids”in müdafiəçisi Rasmus Kristensen icarə əsasında “Roma”ya keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2024-cü ilin iyun ayının sonuna qədər İtaliya təmsilçisinin formasını geyinəcək. Bu haqda həm futbolçu, həm də İngiltərə klubu ilə razılıq əldə edilib.
Danimarka millisinin üzvü 2022-ci ildən “Lids”də çıxış edir. Kristensen 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin