“Roma” Belotti ilə anlaşdı
“Roma” İtaliya millisinin 28 yaşlı hücumçusu Andrea Belotti ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Roma” Belottiyə bonuslar istisna olmaqla, ildə 2,8 milyon avro ödəməyə hazırdır. Klubun baş məşqçisi Joze Mourinyo hücumçu ilə telefon danışıqları aparıb və onu “Roma”ya keçməyə razı sala bilib.
Belottinin son klubu “Torino” olub. O, 2015-ci ildən “Torino”da çıxış edib, 251 oyun keçirib, 113 qol vurub və 28 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin