“Roma” keçən ay qovduğu baş məşqçini geri qaytarmaq istəyir

“Roma”da baş məşqçi İvan Yuriçlə oyunçular arasında münasibətlərin pozulduğu və artıq düzəlməyəcək hala gəldiyi deyilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt klubunun kapitanı Lorenzo Pelleqrini A Seriyasında “Fiorentina”ya məğlubiyyətin (1:5) onlar üçün qəbuledilməz olduğunu bildirib:

“Bu, yaxşı bir vəziyyət deyil. Komandaya bəzi performansların “Roma” üçün qəbuledilməz olduğunu, bəhanə axtarmadığımı və qəbul etmədiyimi açıq-aşkar söylədim. Bu oyun bizim üçün qəbuledilməzdir.”

“Roma”da Yuriçin yerinə əsas namizədin keçən ay komandadan ayrılan sabiq baş məşqçi Daniele De Rossi olduğu bildirilir. 41 yaşlı mütəxəssis əvvəlki işinə qayıtmağa hazırdır.

Yuriç “Roma”nı sentyabrın 18-dən çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 3 dəfə məğlub olub və 2 heç-heçə edib.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button