
“Roma” baş məşqçisi ilə yollarını ayıracaq – rəsmi
İtaliyanın “Roma” klubu mövsümün sonunda baş məşqçi Paulo Fonseka ilə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Fonsekanın mövsümün sonunda klubdan ayrılacağı bildirilib.
Fonseka 2019-cu ilin yayından “Roma”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin