
“Roma” 30 milyon avroya müdafiəçi alıb
“Flamenqo”nun 21 yaşlı müdafiəçisi Uesli yaxın vaxtlarda “Roma”nın oyunçusu olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid Braziliya klubunun Emerson Royalla müqavilə bağladığı andan sonra rəsmiləşəcək.
Emerson Royal braziliyalı futbolçunun müdafiənin sağ cinahındakı yerini tutacaq. Tərəflər 25 və əlavə 5 milyon avro bonusla razılaşıblar.
Uesli cari mövsümdə “Flamenqo” ilə 28 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin