“Roma” keçmiş baş məşqçisini geri qaytarır
“Roma” Klaudio Ranyerini baş məşqçi təyin etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Roma klubuna qayıtmasına bir addım qalıb. Belə ki, tərəflər 2025-ci ilin yayına qədər olan müqavilə bağlamağa yaxındırlar.
Qovulan İvan Yuriçin yerini italiyalı çalışdırıcı tutacaq. Ranyeri əvvəllər “Roma”ya rəhbərlik edib: birinci gəliş 2009-2011, ikinci gəliş 2019-cu ilə təsadüf edir.
Ranyeri ötən mövsüm başa çatdıqdan sonra “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, 5 aydan sonra yenidən qayıdacaq kimi görünür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin