“Betis”ə icarə Roke üçün yaxşı seçimdir” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Deku braziliyalı hücumçu Vitor Rokenin “Betis”ə icarəyə verilməsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Rokenin “Betis”ə icarəsinin yaxşı seçim olduğunu düşünür:

“Düşünürəm ki, “Betis”ə icarə Roke üçün yaxşı seçimdir. “Barselona”da karyerasının başlanğıcı onun üçün asan olmayıb. Yeni komandasında o, lazımi oyun praktikasını qazanacaq”.

Roke “Betis”də gələn ilin iyunun sonuna kimi icarə əsasında çıxış edəcək. 19 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 2 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button