Rodriqonun İngiltərə klubuna keçidi baş tutmayacaq

“Real”ın hücumçusu Rodriqonun “Tottenhem”ə transferi baş tutmayacaq.

London klubunun braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayılan bu xəbərlər həqiqəti əks etdirmir. Transferin baş tutması Rodriqonun yüksək maaşı səbəbindən demək olar ki, mümkün deyil.

Bununla belə, 24 yaşlı futbolçunun qış transfer pəncərəsində “Real”ı tərk etməsi istisna edilmir. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 13 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button