Rodriqo yeni baş məşqçini gözləyir

“Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az AS-a istinadən xəbər verir ki, braziliyalı forvardın transferində “Mançester Yunayted” maraqlıdır.

Rodriqo “kral klubu”nun növbəti baş məşqçisi olacaq Xabi Alonso ilə gələcəyini müzakirə etməyə hazırlaşır. O, bu söhbətin nəticəsinə əsasən gələcəyi ilə bağlı qərar verəcək.

24 yaşlı hücumçunun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button