“Real” “Liverpul”dan təklif gözləyir

“Real”ın vingeri Rodriqonun gələcəyi hələ də qeyri-müəyyəndir.

Braziliyalı futbolçu haqqında müxtəlif xəbərlər var: bəzi mənbələr onun “Real”da oynamağa davam etmək niyyətini bildirir, digər mənbələr isə durumundan narazı olduğunu və getməyə can atdığını iddia edir.

Komanda.az “Okdiario”-ya istinadən xəbər verir ki, Madrid klubu hazırda “Liverpul”dan Rodriqo üçün konkret təklif gözləyir. Danışıqlar gələn həftə başlaya bilər.

24 yaşlı futbolçuya iddialılar arasında daha əvvəl “Arsenal”, “Bayern”, PSJ və “Mançester Siti” kimi klubların adı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button