
Rodriqonun “Real”dan tələbi
“Real”ın hücumçusu Rodriqo rəhbərliyə ultimatum verməyə hazırdır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu madridlilərin yeni baş məşqçisi Xabi Alonso ilə danışmadan digər klublarla əlaqə saxlamayacaq. Rodriqo ispaniyalı çalışdırıcıdan müəyyən şərtlər tələb edəcək. O, hücum xəttinin ya sol cinahında, ya da mərkəzində oynamaq istəyir. Ancaq bu mövqelərdə Vinisius Junuiorla Kilian Mbappe yer alır və məşqçi heyətinin Rodriqonun tələbini qəbul etməsi çətin görünür.
24 yaşlı forvard karyerası ərzində “Real”la iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Ona İngiltərə Premyer Liqasının aparıcı klubları – “Arsenal” və “Mançester Siti” maraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



