
“Tez sağal, Kərim!”
“Real”ın və Braziliya yığmasının hücumçusu Rodriqo sosial şəbəkə hesabında Kərim Benzemanı dəstəkləyib.
Komanda.az xəbər verir ki, “sambaçı” zədə səbəbindən DÇ-2022-ni buraxacaq Benzemanı ən yaxşı adlandırıb:
“Ən yaxşılar hər zaman mübarizə aparmalıdır. Dünya çempionatında sənin üçün darıxacağıq. Tez sağal, Kərim!”
Fransa millisi D qrupunda Avstraliya (22 noyabr), Danimarka (26 noyabr) və Tunis (30 noyabr) ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin