Braziliyalı hücumçu “Real”dan ayrılmaq qərarına gəlib

Rodriqo “Real”ı tərk etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Braziliyalı futbolçu La Liqanın 35-ci turunda “Barselona”ya qarşı keçirilən oyunda (3:4) meydana çıxmaqdan imtina edib. O, Kral kubokunun finalında kataloniyalılara qarşı matçda erkən əvəzlənməsindən narazı qalıb və bu səbəbdən, son oyunda iştirak etmək istəməyib.

24 yaşlı forvard “Real”dakı mövqeyindən narazıdır və komandasını dəyişmək barədə ciddi düşünür. O, 2019-cu ilin yayından “kral klubu”nun formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button