“Real”ın hücumçusu ərəblərin təkliflərindən danışdı
“Real”ın hücumçusu Rodriqo Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərindən ona olan maraqla bağlı sualını cavablandırıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu “Real”da çox xoşbəxt olduğunu bildirib:
“Səudiyyə Ərəbistanından təkliflər? Mən çox şey bilmirəm, atam agent kimi bunu edir. Bu, doğrudur. “Real”da çox xoşbəxtəm və burada daha uzun illər keçirmək istəyirəm. Klubun mənim üçün hansısa təklif alıb-almadığını bilmirəm”.
Son vaxtlar mətbuatda Rodriqonun yayda Madrid klubunu tərk edə biləcəyi ilə bağlı çoxlu söhbətlər gedir. Belə ki, Səudiyyə Ərəbistanı klubları “Real”ı və futbolçunun özünü razı salmaq üçün son dərəcə əlverişli şərtlər təklif etməyə hazırdırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin