Rodriqo “Real”ı bir şərtlə tərk edə bilər

“Real”ın vingeri Rodriqo yay transfer dövründə komandadan ayrılmağa çox da meyilli deyil.

Braziliyalı futbolçunun start heyətində yer tapması çətin görünür. Buna səbəb Kilian Mbappe və Vinisius Juniorla rəqabətdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, Rodriqo “Real”a aşiqdir və klubda qalmaq, əsas heyət uğrunda mübarizə aparmaq arzusundadır.

24 yaşlı futbolçu yalnız bir şərtlə ayrılmağa razı ola bilər: ona lider statusu və yüksək maaş vəd edən yüksək səviyyəli klub rəsmi təklif göndərərsə. Hazırda belə bir təklif yoxdur.

“Transfermarkt” portalı Rodriqonun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button